Oxucu sual verir: İmam Hüseynin (ə) mübarək başı harada dəfn edilib?
Bu barədə müsəlman alimlərinin arasında fikir ayrılığı vardır. Müxtəlif mənbələrdə İmam Hüseynin (ə) kəsilmiş başının Kərbəlada ya Dəməşqdə, hətta Mədinədə, Nəcəfdə ya Qahirədə basdırıldığı məlumat verilir. Bəzi rəvayətlərə görə, aşura şəhidlərinin başları əsirlər karvanı ilə birlikdə Dəməşqə gətirilmiş və indi də məşhur olan məkanda torpağa tapşırılmışdır. İmamın başının Misirə aparıldığı da söylənilir, orada da ziyarətgah mövcuddur. Lakin üstün olan fikrə görə, İmam Hüseynin (ə) mübarək başı İmam Zeynülabidin (ə) tərəfindən Şamdan qayıdarkən Kərbəlaya gətirilmiş və qəbrinin içinə, mübarək cənazəsinin yanına qoyulmuşdur. Kərbəla faciəsi barədə ən mötəbər mənbələrdən sayılan “Lühuf” kitabında Seyyid ibn Tavus da bu mövzuda müxtəlif rəylərin olduğunu qeyd etməklə yanaşı, sonuncu fikrə üstünlük verir.