Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarək ona qarşı irəli sürülən ittihamlarla əlaqədar aparılan istintaq çərçivəsində 15 gün müddətinə saxlanılıb.
APA-nın Misirin MEHA agentliyinə istinadən verdiyi məlumata görə, xanım Mübarək iqtisadi cinayət faktları ilə bağlı bu gün dindirildikdən sonra barəsində 15 günlük həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Hüsnü Mübarək və 2 oğlu da hazırda həbsdədir.