Oxucu sual verir: Bir adam başqasının haqqına təcavüz edibsə, onun adından sədəqə versə, günahı bağışlanarmı?
Başqasının haqqında təcavüz etmək haqqun-nası (insan hüququnu) pozmaq deməkdir. Haqqun-nası yalnız halallıq almaqla bərpa etmək olar. Buna görə də haqqun-nasa qarşı çox diqqətli olmaq və peşmançılıq yaradan əməllərdən çəkinmək lazımdır. Hüququ pozulmuş şəxsin adından sədəqə vermək, ehsan paylamaq, qurban kəsmək, oruc tutub namaz qılmaqla bunun əvəzi verilə bilməz (əlbəttə, əgər həmin adam sağdırsa). Mütləq o adamla görüşüb söhbətləşmək və haqqını pozduğunu ona bildirmək, bağışlanmasını xahiş etmək lazımdır. Bu zaman onun haqqını necə pozduğunu təfərrüatı ilə incəliyinə kimi xəbər verməyə ehtiyac yoxdur. Qısa şəkildə, məsələn, “qeybətin etmişəm, səndən oğurluq etmişəm” söyləməklə qane olursa, kifayətdir. Əgər zərərçəkən tərəf, ona dəyən ziyanın ödənməsini istəyirsə, bunu etmək lazımdır.