Ötən həftə bin Ladenin öldürüldüyünü deyən Ağ Ev, onun cəsədi ilə bağlı videoları yayımlamaqdan imtina etdi. Ancaq FBİ bunun əvəzinə Bin Ladenin evindən çıxdığını deyən 5 video yayımlayıb.
Videonu içərisində "Röyters", "CNN", "ABC Nyus", "Nyu York Post" olan əksər mötəbər xəbər agentlikləri yayıblar. "Haber7" -in məlumatına görə, görüntülərin 4-ü Bin Ladenin hansısa çıxışına hazırlaşması barədədir. Birində isə Bin Laden televizora baxır. Ancaq bu görüntülərdəki bəzi ziddiyyətlər qalmaqala səbəb olub. İddialara görə, görüntülərə baxanda aydın olur ki, hər şey quramadır. Şəxsin Bin Ladenin olmasına inanmaq çətin olur.
Dünya mətbuatında olan əsas idialar isə aşağıdakı kimidir.
1. Federal Təhqiqatlar Bürosunun rəsmi internet səhifəsində Usama bin Laden üçün hazırlanmış profil məlumatlarında "Əl-Qaidə" liderinin solaxay olduğu bildirilir. Ancaq bin Laden olduğu iddia edilən kişi televiziya pultunu sağ əlində tutur. Hansı solaxay insan pultu sağ əliylə istifadə edir?
2. Bin Laden hansı kanala çevirirsə, ekranda özü ilə bağlı məlumatları görür. Bu necə olur?
3. Əgər görüntülər öncədən yaddaşa alınıbsa, ekranda niyə bir televiziya menyusu var?
4. Ekrandakı menyunu gözardı etsək belə, otaqda yalnız sputnik antenanın aparatı görsənir. Yəni, videomaqnitafon və ya DVD player görsənmir.
5. Bin Laden ancaq sol tərəfdən görüntülənir, sanki üzünü gizlədir.
6. Barmaq izi kimi həyatı boyu heç dəyişməyən qulaqları da Ladenin öz qulaqlarına bənzəmir.
Daha bir iddia ondan ibarətdir ki, Bin Laden öldürülərkən onun saqqalı uzun və qara idi. Ancaq görüntülərdə onun saqqalı ağ və qısadır.