Bəhreyndə Əhli-Beyt (ə) davamçılarının hökumət əleyhinə keçirtdiyi nümayişlərə cavab olaraq Bəhreyn rejimi Səudiyyə Ərəbistanı ordusunun dəstəyi ilə ölkədə 60 məscidi yerlə bir edib.(
.(milliyet) Qeyri-qanuni olaraq tikildiyi iddia edilərək, sökülən məscidlər arasında 400 illik tarixi olan bir məscid də var. Görəsən 400 illik tarixi olan məscidin tikintisinin qeyri-qanuni olduğuna dair hansı sənədə söykənilib?
Qeyd edək ki, Bəhreyndə fevral ayından bu yana ölkədə rejim əleyhinə nümayişlər keçirilir. Nümayişlərə açılan atəş nəticəsində 40-a yaxın insan həlak olub, onlarla yaralı var.