Suriyada hökumət əleyhinə olan qruplarla təhlükəsizlik qüvvələri arasında martın ortalarından bu günə kimi davam edən toqquşmalarda ölənlərin ümumi sayı 800-ü keçib.
APA-nın məlumatına görə, bu məlumatı Suriyada fəaliyyət göstərən "Savasiya" insan hüquqları təşkilatı yayıb.
Suriya hökumətinin rəsmi məlumatlarında isə bildirilir ki, toqquşmalar zamanı 70 mülki şəxs, 80 hərbçi və polis öldürülüb.