14 metrlik ağac növbəti həftələrdə 30 minə qədər rəngli çılçıraqla bəzədiləcək
75 ildir ki, davam edən Milad bayramının rəmzi olan şam ağacı artıq Nyu Yorkdakı Rokfeller meydanında öz yerini tutub. Konnektikut ştatından gətirilən 14 m hündürlüyündə olan ağac, onlarla işçi və kran vasitəsiylə quraşdırılıb.
Rokfeller meydanının meneceri bu hündürlükdə və sıxlıqda şam ağacı tapmaq üçün vertolyotla uzun məsafə qət etdiyini deyib. Növbəti həftələrdə Milad şamı 30 minə qədər rəngli çılçıraqla bəzədiləcək və üzərindən 5 mil uzunluğunda naqil keçəcək. Ağacın işıqlandırılması mərasimi noyabrın 28-i baş tutacaq.