Bu gün bir qrup dindar Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, 50-yə yaxın şəxs Təhsil Nazirliyinin qarşısına toplaşaraq "Hicaba azadlıq" şüarı səsləndirib. Dərhal əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Çevik Polis Alayının əməkdaşları gəlib. Razılaşdırılmamış aksiyanın qarşısı alınıb. Bir neçə nəfər aksiya iştirakçısı saxlanılaraq polisə aparılıb.
Saxlanılan şəxslərin izahat alındıqdan sonra sərbəst buraxılacağı bildirilir.