"Əl-Qaida" terror şəbəkəsinin rəhbərliyi Üsamə bin Ladenin öldüyünü rəsmən təsdiqləyib.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat terrorçulara yaxın internet saytlarından birində yayılıb. Bəyanatda bildirilir ki, bin Ladenin qanı yerdə qalmayacaq, Amerika və onun müttəfiqlərinə qarşı hücumlar davam etdiriləcək.