İraqın cənubunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-yə çatıb, 75 nəfərin yaralandığı bildirilir
APA-nın məlumatına görə, terror qurbanlarının hamısı polislərdir, yaralılardan 30 nəfərin vəziyyəti ağırdır. Terror aktı Babil vilayətinin inzibati mərkəzi Əl-Xillədə polis idarəsinin binası qarşısında gerçəkləşdirilib. Terrorçu minalanmış maşını nəzarət-buraxılışı məntəqəsinin qarşısında işə salıb.