Oxucu sual verir: Dini mətnlərdə, xüsusilə, ziyarətnamələrdə adına rast gəldiyimiz Əba Əbdillah kimdir?
Əba Əbdillah (Əbu Abdullah) ifadəsi künyədir. Künyə ərəb dilinə məxsus müraciət formasıdır. Ərəblər insana oğlunun adı ilə “filankəsin atası” deyə müraciət edirlər; bu, hörmət əlaməti sayılır. Əba Əbdillah sözünün mənası “Abdullahın atası” deməkdir. Dini mətnlərdə bu künyə əsasən imamlardan ikisinə aid edilir. Daha çox hədis ədəbiyyatında altıncı imam Həzrət Cəfər Sadiq (ə) bu künyə ilə işarə olunur. Ziyarətnamə mətnlərində isə əsasən üçüncü imam Həzrət Hüseynə (ə) “ya Əba Əbdillah” deyə müraciət edilir.