Yeni avtomobilin müsəlmanlara aid bir çox xüsusiyyətləri olacaq
Malaziyada müsəlmanlar üçün xüsusi avtomobillər istehsal ediləcək. Malaziyalı avtomobil firması "Perusahan Nasional", iranlı və türkiyəli ortaqları ilə birlikdə islama uyğun funksiyaları olan avtomobil istehsal edəcəklərini açıqlayıblar.
Yeni avtomobillərdə qibləni göstərən xüsusi kompas, Qurani Kərim qoymaq üçün xüsusi yer, namaz vaxlarını bildirən səs sistemi və s. bu kimi xüsusiyyətlər olacaq.
Avtomobil istehsalçıları yeni avtomobillər üçün Orta Şərqdə bazar tapa biləcəklərini ümid edirlər. Yeni layihə malaziya hökuməti tərəfindən də dəstəklənir.