Bu ilin sonuna kimi Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyi açılacaq. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsuri bildirib
Bununla yanaşı, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, bu il BƏƏ-nin ölkə başçısının Bakıya səfər edəcəyi gözlənilir. Hazırda bununla bağlı hazırlıq işləri aparılır, lakin səfərin dəqiq vaxtı hələ bilinmir.