Fələstində bir-biri ilə mübarizə aparan iki böyük təşkilat – Fələstin Azadlıq Hərəkatı və HAMAS hərəkatı milli barışıq və ümumi hakimiyyət orqanlarının yaradılması haqqında saziş imzalayıblar
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, saziş 1 il ərzində bitərəf mütəxəssislərdən ibarət vahid texnokratlar hökumətinin yaradılmasını, Fələstin Muxtariyyəti rəhbərinin və parlament seçkisinin keçirilməsini nəzərdə tutur. Seçki kampaniyası və səsvermə prosesinə 12 nəfərdən ibarət müstəqil tribunal nəzarət edəcək.
Saziş mövcud status-kvonu da qoruyacaq. Belə ki, Fələstin Azadlıq Təşkilatı İordan çayının qərb sahilini, HAMAS isə Qəzza sektorunu nəzarətdə saxlamağa davam edəcək.
Razılaşma Misirin yeni hökumətinin vasitəçiliyi ilə əldə olunub.