Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Liviya lideri Müəmmər Qəddafini hakimiyyətdən getməyə çağırıb
APA-nın məlumatına görə, baş nazir bildirib ki, Qəddafi islahatlara çağırışları rədd edib və öz xalqına qarşı qan tökməyə üstünlük verib: "Liviya lideri tarixi addım atmalı və Liviyanın gələcəyi naminə hakimiyyətdən getməlidir".