Əl-Qaidə" terror təşkilatının lideri Üsamə bin Ladenin zərərsizləşdirildiyi əməliyyat zamanı onun böyük oğullarından biri də öldürülüb
APA-nın məlumatına görə, öldürülən şəxsin adı açıqlanmır. Ümumilikdə Üsamə bin Ladenin 19 övladı var. Əməliyyat zamanı "Əl-Qaidə" lideri və oğlu ilə yanaşı, daha iki terrorçu və bir qadın öldürülüb, iki qadın isə yaralanıb.
Əməliyyat Pakistanın Abbottabad şəhərində, paytaxtdan 100 kilometr uzaqlıqda keçirilib. "Frans-Press" agentliyi bin Ladenin gizləndiyi binanın 4 metr hündürlükdə hasarla dövrələndiyini yazır. Pakistan hakimiyyət orqanları ABŞ-a əməliyyat üçün öz hava məkanından istifadə etməyə razılıq verib. Üsamə bin Ladenin öldürülməsini ABŞ prezidenti Barak Obama da təsdiqləyib.