Ağ daşdan hazırlanmış və uzunluğu 11 metrə çatan mavzoley simvolik olaraq 3 tərəfdən su ilə əhatə olunub
İordan çayının Qərb sahillindəki Ramallah şəhərində fələstinlilərin əfsanəvi lideri Yasir Ərəfatın mavzoleyinin rəsmi açılışı olub. Mərasimdə fələstin prezidenti Mahmud Abbas da iştirak edib.
Qeyd edək ki, ağ daşdan hazırlanmış və uzunluğu 11 metrə çatan mavzoley simvolik olaraq 3 tərəfdən su ilə əhatə olunub və tikilinin içərisində dəmir yolu xəttinin bir hissəsi basdırılıb. Bu simvollar Yasir Ərəfatın hələ də rahatlıq tapmamasına işarədir. Fələstinlilərin fikrincə, onların sabiq liderin son mənzili, gələcək Fələstin dövlətinin paytaxtı olacağı güman edilən Şərqi Qüds olmalıdır. Burda Yasir Ərəfatın şəxsi əşyalarının nümayiş etdiriləcəyi muzeyin açılması da nəzərdə tutulur.