Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf Əl-İslam bəyan edib ki, Liviya NATO bombardmanları qarşısında təslim olmayacaq.
"Vacib deyil Liviyanın bombardmanı nə qədər davam edəcək - 40 gün və ya 40 il, biz onsuz da təslim olmayacağıq", deyə o televiziya ilə çıxışı zamanı bildirib.
Daha öncə Seyf Əl-İslam bildirmişdi ki, ABŞ Liviyaya hava zərbələri endirməkdənsə, bu ölkəyə son hadisələrin təşkilatçısı olan "Əl-Qaidə" ilə mübarizədə kömək etməlidir