ABŞ prezidenti Barak Obama Suriyaya qarşı yeni sanksiyaların tətbiq olunması barədə fərman imzalayıb
Yeni sanksiyalar Suriya kəşfiyyat xidmətinin əməkdaşlarına və ölkə prezidenti Bəşər Əsədin iki qohumuna qarşı tətbiq olunacaq.
Bundan əlavə, əgər Suriya hökuməti hökumət əleyhinə nümayişlərin iştirakçılarına qarşı güc tətbiq etməyə davam etsələr, sanksiyalar Əsədin özünə qarşı da tətbiq oluna bilər.