Aprelin 25-də səhər Liviyanın hökumət qoşunları üsyançıların əlində olan Misurata şəhərinə raket zərbələri endirib. APA-nın xəbərinə görə, "Əl-Ərəbiyyə" kanalı şahidlərə istinadən 30 nəfərin öldüyünü, 60 nəfərin yaralandığı barədə məlumat yayıb. Ölənlər arasında 10 yaşlı uşaq da var.
Xatırladaq ki, hökumət öz qoşunlarını Misuratadan çıxardığını və
yerli qəbilələrin liderlərini üsyançılarla danışıqlara göndərəcəyini açıqlamışdı