Liviya xarici işlər nazirinin müavini Xaled Kaim bildirib ki, Müəmmər Qəddafinin qoşunları Misrata şəhəri uğrunda gedən hərbi əməliyyatları dayandırıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, o deyib ki, "bu yerli tayfaların münaqişənin sülh yolu ilə çözməsi üçün edilib".
Kaim deyib ki, hərbi hissələr Misratadan getməyiblər, yalnız hərbi əməliyyatları dayandırıblar.