Suriyada aprelin 22-də keçirilən kütləvi aksiyalar zamanı öldürülmüş şəxslərin dəfn mərasimində yenə qan tökülüb
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, snayperlər paytaxt Dəməşqdə dəfn mərasiminə qatılanlara atəş açıb. Paytaxtın Barzeh rayonunda 3 nəfərin, Dəməşq ətrafındakı Duma yaşayış məntəqəsində 4 nəfərin, ölkənin cənubundakı Əzrəh şəhərində isə 3 nəfərin öldürüldüyü bildirilir. Matəm nümayişlərində on minlərlə adam iştirak edib.
Qeyd edək ki, aprelin 2-də Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə keçirilən nümayişlərdə 80-dən çox adam ölüb.