Suriyada bu gün etiraz aksiyalarının yatırılması zamanı ən azı 25 nəfər qətlə yetirilib
Deraa şəhərində nümayişçilərə atəş açılması zamanı 9 nəfər həlak olub. Dəməşqdə ən azı 8 nəfər qətlə yetirilib. Digər həlak olanlar Hums və Hama şəhərlərindəki aksiyaların iştirakçıları olublar. Bu şəhərlərdə nümayişçilər polis idarələrini ələ keçirməyə cəhd ediblər.
Xatırladaq ki, dünən Suriya prezidenti Bəşər Əsəd ölkədəki fövqəladə vəziyyət rejimini ləğv edən qanunu təsdiq edib.