İnsan dəfn olunduqdan sonra cəsədinin çürüməyib uzun müddət salamat qalması mümkündürmü?
Cəsədin qəbirdə çürümədən salamat qalması bəzi təbii və qeyri-təbii səbəblər üzündən mümkündür. Elmi məlumatlar sübut edir ki, bəzi coğrafi məkanlarda və xüsusi təbii şəraitdə dəfn olunan cəsədlər torpağın altında çürümədən uzun müddət qala bilər. Bunun möcüzə ilə əlaqəsi yoxdur. Lakin bəzən adi şəraitdə dəfn edilən cəsədlər də çürüməmiş qala bilər. Bu, Allahın lütfü sayəsində mümkündür. Məsələn, İslam müqəddəslərinin hədislərindən və tarixi təcrübədən məlumdur ki, Allah-təala peyğəmbərlərin və imamların nəşinin çürüməsinə yol verməz. Eləcə də, böyük din alimlərinin, övliyaların, mömin şəxslərin, şəhidlərin, Quran hafizlərinin, azan deyənlərin (müəzzin), saleh əməl sahiblərinin cəsədinin çürüməmiş qalması barədə hədislərdə buyurulur və bu barədə faktlar məlumdur.