"Liviyada vəziyyət sabit ağır olaraq qalır. Hazırda hava zərbələri əsasən hərbi obyektlərə və paytaxt Tripolidən 200 km kənarda yerləşən Misurata şəhərinə endirilir".
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov deyib. O bildirib ki, Azərbaycan səfirliyinin binasına və əməkdaşlara hər hansı zərər dəyməyib, səfir və 3 diplomat işi davam etdirir: "Bütün vətəndaşlarımız Liviyadan çıxarılıb. Biz dördümüz vəzifəmizin icrasına davam edirik. Səfirliyimizin və Tripolidəki digər səfirliklərin binaları mühafizə olunur. Təhlükəsizliyimiz tam təmin olunub. Tripolidə sakitlikdir. Lakin şəhərdə qida məhsulları və benzinin qiymətinin bahalaşması müşahidə olunur. İnternet yoxdur".