Suriya prezidenti Bəşər Əsəd ölkədə 1963-cü ildən bəri hökm sürən fövqəladə vəziyyət rejiminin ləğvi haqqında fərman imzalayıb.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya dövlət televiziyası xəbər yayıb. FV rejimi ilə bərabər siyasi işlərə baxan Ali Dövlət Təhlükəsizlik Məhkəməsi də ləğv olunub.