Oxucu sual verir: Bir dəfə dəstəmaz almaqla neçə namaz qılmaq olar?
Dəstəmaz namaz qılmaq üçün tələb edilən ən əsas şərti – paklığı əldə etmək üçün yerinə yetirilir. Qeyri-pak şəkildə namaz qılmaq olmaz, bu, günahdır. Bir dəfə dəstəmaz aldıqdan sonra bu dəstəmaz pozulana kimi istənilən qədər namaz qılmaq olar. Dəstəmazı pozan hallar şəriət kitablarında izah edilib. Onlardan başqa heç nə dəstəmazı pozmaz. Bəzən insanlar yeyib-içmək, asqırmaq, kiminləsə öpüşüb-görüşmək, dərinin kəsilib qanaması, körpə uşağın bulaşmış bezini dəyişmək kimi səbəblər üzündən dəstəmazın pozulduğunu güman edirlər. Halbuki, bu kimi hallarda dəstəmazı təzələmək tələb edilmir. Bəzi hallarda sadəcə olaraq bədənin bulaşmış yerini yuyub pak etmək kifayətdir.