İordaniya hüquq-mühafizə orqanları 2010 ildə Əfqanıstanda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarını qətlə yetirən intiharçı-kamikadzenin qardaşını həbs ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Xəlil Balavi adlı intiharçı-kamikadzenin Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstandakı bazasında törətdiyi partlayışda MKİ-nın 7 əməkdaşı həlak olub