Əfqanıstanda bir qrup terrorçu-kamikadze səhər Müdafiə Nazirliyinin binasına daxil olub.
APA-nın xəbərinə görə, bu barədə yerli "Tolo" telekanalı məlumat yayıb. Terrorçulardan birinin partlayış törətdiyi bildirilir. Partlayış nəticəsində müdafiə nazirinin köməkçisi və Baş Qərargahın katibi yaralanıb.
Hələlik olayın təfərrüatları bəlli deyil.