Oxucu sual verir: Salavat söyləyəndə əlləri üzə çəkməyin mənası nədir?
Əvvəlcə bunu qeyd edək ki, Peyğəmbərə salavat söyləyən zaman əlləri üzə çəkmək vacib deyil, əsas məsələ salavatı dillə söyləməkdir. Əlləri üzə çəkmək qaydası müxtəlif ölkələrdə və xalqlarda fərqlidir. Məsələn, bəziləri iki əllə salavat çəkir, bəziləri isə yalnız sağ əllə salavat çəkməyə üstünlük verirlər. Bu hərəkətin mənası barədə dəqiq fikir bildirmək çətindir. Ehtimal ki, salavat söyləyən şəxs simvolik mənada sanki öz dilindən çıxan duanın bərəkətini, mənəvi enerjisini əlləri ilə ovuclayıb üzünə sürtür və bununla həmin bərəkətdən pay götürür.