Liviya lideri Müəmmər Qəddafi bu ölkədəki hərbi münaqişənin dalana dirənməsinə baxmayaraq istefa verməli olacaq. ABŞ prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib.
Obama qeyd edib ki, ABŞ və NATO-nun Liviyadakı vəziyyətə müdaxiləsi bu ölkədə kütləvi qırğının qarşısını alıb. Onun fikrincə, artıq Amerika hərbçilərinin uçuş üçün qadağan olunmuş zonanın birbaşa dəstəkləməklərinə ehtiyac yoxdur.