Oxucu sual verir: Namazın üçüncü və dördüncü rükətlərində təsbihati-ərbəəni neçə dəfə demək lazımdır?
Namazın üçüncü və dördüncü rükətlərində ya Fatihə surəsini (başqa surəsiz), ya da təsbihti-ərbəə adlı zikri söyləmək lazımdır, təsbihati-ərbəə söyləmək daha üstündür. “Təsbihati-ərbəə” sözünün mənası “dörd təsbih (zikr)” deməkdir; ona görə ki dörd ifadədən ibarətdir: “Sübhan Allah, vəlhəmdü lillah, və la ilahə illəllah, vəllahü əkbər”. Təsbihati-ərbəəni bütün namazlarda asta səslə (ixfa ilə) oxumaq lazımdır. Təsbihati-ərbəəni 3 dəfə demək müstəhəbdir. Hətta bəzi keçmiş müctəhidlər 3 dəfə söyləməyi vacib bilirdilər. Müasir müctəhidlər təsbihati-ərbəəni bir dəfə söyləməyi də kifayət sayırlar.