Oxucu sual verir: Namazda Fatihə surəsindən sonra başqa bir surəni natamam halda (bir neçə ayə) oxumaq olarmı?
Bu məsələdə İslam məzhəblərinin görüşləri fərqlidir. Əhli-sünnə məzhəbinə görə, Fatihədən sonra başqa bir uzun sürədən bir neçə ayə oxumaq icazəlidir. Şiə məzhəbinə görə isə, Fatihə surəsindən sonra bir bütöv surə oxunmalıdır. Hansı surəni seçmək namaz qılanın öz öhdəsinə buraxılır. Lakin birinci rükətdə Qədr, ikinci rükətdə İxlas surəsini oxumağa üstünlük verilir. Diqqətli olmaq lazımdır ki, vacib səcdə ayəsi olan dörd surəni (Səcdə, Fussilət, Nəcm və Ələq surələri) namazda oxumaq olmaz.