Bu gün Bakıda Azərbaycan və İordaniya sahibkarları arasında keçirilən işgüzar görüş çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və İordaniya Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
"APA-ECONOMICS"in xəbərinə görə, sənədi hər iki qurumun rəhbərləri Məmməd Musayev və Hatəm əl-Hələvani imzalayıb.