Suriyanın "Dəməşq Bəyannaməsi" hüquq müdafiə təşkilatı ölkədə hökumət əleyhinə aksiyalar başlayan gündən 200-dən çox nümayiçinin polislər tərəfindən öldürüldüyünü açıqlayıb.
APA-nın məlumatına görə, hüquq müdafiəçiləri Ərəb Dövlətləri Liqasına müraciət edərək Suriya prezidenti Bəşər Əsədə qarşı sanksiya tətbiq etməyi xahiş edib. Bu müraciət Suriyada qarşıdurmaların yenidən güclənməsi fonunda edilib. Artıq ölkədə hökumət qüvvələri ilə toqquşmaların miqyası Daraa şəhərindən digər rayonlara keçib.