İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində beş fələstinli həlak olub.
APA-nın RIA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İsrailin bu hücumu fələstinlilərin bir İsrail məktəb avtobusunu atəşə tutması və İsrail ərizəsinə raket zərbəsi endirməsinə cavab olaraq həyata keçirilib
Ölən fələstinlilərdən ikisi yaraqlı, biri isə dinc sakin olub. Həlak olan digər insanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Qəzzada daha 30 nəfər yaralanıb