Oxucu sual verir: Bir müctəhidə təqlid etdikdən sonra başqa müctəhidin təqlidinə keçmək olarmı?
Təqlid o deməkdir ki, insan şəriət məsələlərində ən elmli (əələm) bildiyi bir müctəhidə etibar edir və öz ibadətlərini, gündəlik həyatda davranış normalarını həmin müctəhidin göstərişləri əsasında yerinə yetirir. Şəriətimizə görə, müctəhidlər arasında ən elmlisinə təqlid etmək lazımdır. Ona görə də insan əgər bir müctəhidi əələm sayıb ona təqlid edirsə, səbəbsiz yerə onun təqlidindən çıxıb başqa müctəhidə təqlid edə bilməz. Yalnız başqa müctəhidin daha elmli olduğunu bilsə, o halda təqlidini dəyişib onun təqlidinə keçə bilər. Bəzi hallarda bir mücthdin bir mövzuda başqalarından daha elmli olduğu məlum olarsa, həmin mövzuda ona təqlid etməyə icazə verilir.