POPULYARXƏBƏRLƏR

Azərbaycanın birinci xanımı: "Təəssüf ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına münasibət bildirməyib"

"Ən müxtəlif dinə tapınan biz insanlar bir Tanrıya dua edirik, dualarımızın mahiyyəti də eynidir"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi Azərbaycan ötən illər ərzində bir neçə belə tədbirə ev sahibliyi edib. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunub, Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə isə Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoqda qadınların roluna həsr olunmuş beynəlxalq konfrans Bakı Bəyannaməsinin qəbulu ilə başa çatıb. Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda əlverişli mühit mövcuddur. Azərbaycan bütün dünyaya açıq olan ölkədir, burada yüksək tolerantlıq mövcuddur".

APA-nın məlumatına görə, bu fikirləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qadınlar: Mədəniyyətlərarası Dialoqun Əsas Təmsilçiləri" sessiyasında çıxışı zamanı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva deyib.

O, Azərbaycanda ən müxtəlif dini konfessiyaların fəaliyyət göstərdiyini vurğulayıb. M. Əliyeva Bakıda belə möhtəşəm tədbirin keçirilməsinə verdiyi dəstəyə görə beynəlxalq təşkilatlara təşəkkür edib: "Bugünkü tədbir dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən bir addımdır. Mədəniyyətlərarası dialoq indi dünyada ən aktual mövzulardan biridir. Müxtəlif ölkələrdə bu problemə həsr olunmuş dəyirmi masalar, forumlar, konfranslar keçirilir. Təəssüflər olsun ki, buna rəğmən qarşıdurmaların sayı azalmır, əksinə artır. Təəssüf ki, düşmənçilik, etnik təmizləmələr, müharibələr bugünkü dünyamızın reallığına çevrilib".

M. Əliyeva ABŞ-da bir keşişin nümayişkaranə surətdə müqəddəs Qurani-Kərimi yandırması faktına da münasibət bildirib: "Bəzi qüvvələr insanların ən müqəddəs hissləri ilə oynayırlar. Bütün dinlər bir-biri ilə çox yaxındır, ən müxtəlif dinə tapınan biz insanlar bir Tanrıya dua edirik. Dualarımızın mahiyyəti də eynidir. Təəssüf ki, bu gün insanlıqla bir araya sığmayan bir faktla üzləşmişik. Özünü din xadimi adlandıran bir nəfər müqəddəs Qurani-Kərimi yandırıb. Bu hərəkətə nə ad vermək olar? Onun məqsədi nədir? Bu, hansı qüvvələrin sifarişidir? Çox təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına reaksiya verməyib, münasibət bildirməyib".

Mehriban xanım çıxışında dinin siyasiləşdirilməsi məsələsinə toxunub, bunu bəşəriyyətin ən böyük problemlərindən biri adlandırıb.



Yerləşdirilib:8 Aprel, 2011  15:14, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com