Oxucu sual verir: İmam Mehdinin (ə) tərəfdarlarının arasında qadınlar da olacaqmı?
Dini mənbələrdə İmam Mehdinin (ə) xüsusi, seçilmiş silahdaşlarının sayı 313 nəfər göstərilir. Bu, həm də Qurani-kərimdə xatırlanan və Talutun başçılığı altında düşmənlə döyüşə yollanan mömin əsgərlərin sayıdır. Həmçinin, İslam uğrunda aparılmış ilk irimiqyaslı hərbi əməliyyatın – Bədr savaşının müsəlman iştirakçıları da 313 nəfər olmuşlar.
İmam Mehdinin (ə) silahdaşlarının böyük əksəriyyətini cavanlar təşkil edəcək. Onların əksəriyyəti kişi cinsindən olacaq, amma aralarında qadınların da olacağını bildirən rəvayətlər var. Xəbərlərin bir qismində İmam Mehdinin (ə) səhabələrindən 13 və ya 50 nəfərin qadın olacağı deyilir. Qadınlar döyüşlərdə yaralılara tibbi yardım göstərəcək və qadınlar arasında təbliğat aparacaqlar.