Oxucu sual verir: Xörək bişirilərkən qazanın içinə xırda cücü (həşərat) düşsə və orada bişsə, həmin xörəyi yemək olarmı?
İslam şəriətində murdar (nəcis) olan maddələr müəyyən edilib və onların arasında cücü (həşərat) yoxdur. Xırda cücülər atıcı (fışqıran) qanı olan canlı sayılmırlar. Buna görə də onların diri bədəni və ölü cəsədi murdar deyil. Yəni xörəyin içinə düşən cücü xörəyi nəcis etməz. Bu məsələ dini yox, dünyəvi qaydalara tabedir. Yəni əgər xörəyin içinə düşən cücü xörəyi zəhərli edəcək qədər ziyanlı deyilsə, onu xörəyin içindən çıxarıb atmaq kifayət edər. Həmçinin, insanın zövqü və məcazı da burada həlledici rol oynayır. Kim iyrənirsə, həmin xörəyi yeməkdən imtina edə billr, kim iyrənmirsə, yeyə bilər.