Oxucu sual verir: Subay olub, evlənməyə imkanı olmayan şəxs şəhvət hissinə necə qalib gələ bilər?
Evlənmək imkanı olmayan şəxs şəhvət duyğusunun təhrikedici təsirlərindən amanda qalmaq üçün bu duyğunu zəiflətməyə çalışmalıdır. Yaxşı olar ki, şəhvət duyğusunu oyadan düşüncələrdən özünü uzaq saxlasın. Fiziki işlə çox məşğul olsun, idman məşqləri etməsi də mümkündür. İmkan daxilində çox günlərdə oruc tutsun. Bütün bunlar orqanizmdə toplanan enerjini azaldır və şəhvət hissinin baş qaldırmasına maneçilik edir. Dini məzmunlu söhbətlərə qulaq asmaq, dini filmlərə baxmaq faydalıdır. Allahın onu günahdan qoruması üçün dua edib, zikr söyləmək də məsləhətdir.