Pentaqon rəhbəri Robert Geyts İraqa gözlənilməz səfər edib. "Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, ABŞ müdafiə nazirinin təyyarəsi Bağdad hava limanında yerə enib.
Geytsin bu ilin sonunda ABŞ qoşunlarının İraqdan çıxarılması ərəfəsində İraq rəhbərliyini ölkədə siyasi sabitliyə nail olmağa çağıracağı gözlənilir.