Liviya prezidenti Müəmmər Qəddafi ABŞ prezidenti Barak Obamaya məktub yazıb.
APA-nın məlumatına görə, məzmunu açıqlanmayan məktub "ABŞ təcavüzkar müstəmləkəçi-səlibçi koalisiyanın tərkibindən çıxdıqdan sonra" yazılıb.
Xatırladaq ki, aprelin 3-də ABŞ Silahlı Qüvvələri Liviyada həyata keçirilən hərbi əməliyyatda iştirakını bəyan edib və missiyanın başa çatdırılması öhdəliyini NATO üzrə müttəfiqlərinin üzərinə qoyub.