Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun sionist İsrail rejiminin ünvanına sərt tənqidlərlə çıxış edib. Pan Gi Mun bildirib ki, İsrail rejiminin illər öncə başladığı işğal həm mənəvi, həm də siyasi baxımından davam etdirilə bilməz və buna istənilən yolla son qoyulmalıdır, - "MigNyus" xəbər verir.
Pan Gi Munun bu bəyanatı onun ictimaiyyətlə əlaqələr üzrə müavini tərəfindən oxunub. "Fələstinlilər həyat imkanları olan dövlətlərini qurmağa ixtiyarlıdırlar. Bunun üçün onlara dəstək verilməlidir", - deyə Pan Gi Munun bəyanatında qeyd edilir.