İraqa iki günlük səfəri çərçivəsində Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğan İmam Əlinin (ə) dəfn olunduğu Nəcəf şəhərində olub
SalamNews-un Türkiyənin Hürriyət qəzetinə istinadən verdiyi xəbərə görə, Nəcəf şəhərində Ərdoğan Böyük İslam alimi Seyyid Ayatullah Sistani ilə görüşüb. Görüş zamanı baş nazir Ayətulla Sistanini Türkiyəyə dəvət edib. Görüşdən sonra jurnalistlərə müsahibə verən Ərdoğan Ayətullah Sistani ilə görüşünü "bərəkətli" adlandırıb. "Mən Ayətullah Sistani ilə görüşdən böyük zövq aldım və onu Türkiyəyə səfərə dəvət etdim", baş nazir qeyd edib