"İslam Partiyası saxta qurum olub. Bu qurum Ədliyyə Nazirliyində də qeydiyyatdan keçməyib. Onun rəhbəri Mövsüm Səmədov, əmisi oğlu Dəyanət Səmədov Quba şəhərində saxlanılıb".
APA-nın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hər iki şəxsin evində məhkəmənin qərarı ilə axtarışlar aparılıb. Axtarışlar zamanı onların evində çoxlu sayda silah tapılıb.
R. Usubov bildirib ki, İslam Partiyasının Gəncə, Masallı, Astara rayon təşkilatları rəhbərlərinin evində də axtarışlar aparılıb: "Onların evində də çoxlu miqdarda silah tapılıb. Hazırda bu məsələlərin hamısı ilə bağlı istintaq gedir".