"Suriya böyük bir qəsdlə üz-üzə qalıb". APA-nın məlumatına görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd bu gün Xalq Şurasında çıxışı zamanı deyib.
O bildirib ki, gizli planların məqsədi Suriyanı çökdürmək, İsrailin planlarının reallaşması qarşısında son maneəni aradan qaldırmaqdır: "Bu planlar iflasa uğrayacaq, lakin düşmənlər öz cəhdlərini yenə də davam etdirəcəklər".
Xatırladaq ki, bu, Deraa şəhərində baş verən kütləvi iğtişaşlardan sonra Suriya prezidentinin xalqa ilk müraciətidir. Həmin iğtişaşlarda ən azı 47 nəfər ölüb, yüzdən artıq insan yaralanıb.