Martın 30-31-də İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü (TASAM) ilə "İctimai Diplomatiya" mövzusunda İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin II forumu keçiriləcək
APA-nın xəbərinə görə, forumda Azərbaycanı prezident yanında Strateji Araşdırmalar Mərkəzini aparıcı elmi işçi Cavid Vəliyev təmsil edəcək.
Tədbirin keçirilməsində məqsəd İKT ölkələrinin öz regionlarında və qlobal arenada təsirli bir beynəlxalq aktyor olmaq istiqamətində hədəflərinə ictimai diplomatiya vasitəsindən istifadə edərək daha etibarlı şəkildə çatmalarına nail olmaqdır. Forum iştirakçıları bu məqsəd üçün müvafiq elmi işləri dəstəkləməklə, ictimai təşkilat və qurumlarla birlikdə vətəndaş cəmiyyəti təşkilatlarının bu istiqamətdə ortaq layihələr həyata keçirə bilmələri üçün zəmin yaradacaqlar