Oxucu sual verir: İslam tarixində ilk hicrət hadisəsi hansı istiqamətdə olmuşdur?
İslam tarixində ilk hicrət hadisəsi Həbəşistan (Efiopiya) səmtində baş vermişdir. Həzrət Mühəmmədə (s) peyğəmbərlik verildikdən beş il sonra Məkkədə müsəlmanların vəziyyəti dözülməz həddə çatdı. Peyğəmbər müsəlmanların bir qisminə Məkkədən çıxıb Həbəşistana (Efi-opiyaya) köçməyi məsləhət gördü. Çünki bu ölkənin padşahı “nəcaşi” öz ədaləti ilə şöhrət qazanmışdı. Həbəşistana hicrət iki mərhələdə baş verdi. Miladi 614-cü ildə 15 nəfərlik bir dəstə, növbəti il daha 100 nəfər hicrət etdi. Müsəlman icması Həbəşistanda təqribən 13 il əmin-amanlıq içində yaşadı. Hicrətin 7-ci ilində (miladi 628-ci il) onlar Ərəbistana qayıtdılar.