POPULYARXƏBƏRLƏR

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: "ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatının prinsipiallığına və obyektivliyinə ş&

"BMT-nin Liviya ilə bağlı çıxardığı 1 qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, Ermənistanla bağlı 4 qətnamənin icrası üçün heç bir ciddi səy göstərilməyib

"Ərəb ölkələrində baş verən hadisələrlə Azərbaycandakı mövcud vəziyyət arasında analogiya axtarmaq qətiyyən doğru deyil"

Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

- ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatını ədalətli və obyektiv saymaq olarmı?

- ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatı hazırda tərəfimizdən öyrənilir. Missiya hesabatı nə dərəcədə obyektiv aparıb, hansı məsələlərə obyektiv toxunulub, hansı məsələlərdə yenə də "heç kimi incitməmək, günahlandırmamaq" mövqeyi tutulub, bununla bağlı Azərbaycan hakimiyyətinin mövqeyi formalaşdırılır, açıqlama veriləcək.
Mənim şəxsi fikrimə qalsa, mən ATƏT həmsədrlərinin fəaliyyətinin, o cümlədən bu cür dəyərləndirmələrinin obyektivliyinə və prinsipiallığına şübhə edirəm. O anlamda şübhə edirəm ki, bunlar neçə illərdir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri "incitməmək", ortaq nöqtələr axtarmaq, işğalçı ilə işğala məruz qalan tərəf arasında balans tapmaq, tərəflərin mövqelərini yaxınlaşdırmaq və s. tipli siyasət aparırlar. Halbuki həmsədrlər institutu başlanğıcdan bu məsələyə prinsipial münasibət sərgiləməli, ortaya prinsipial mövqe qoymalı idi. Həmsədrlərin təmsil etdiyi ölkələr dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malikdir. Onlar bəri başdan məsələyə obyektiv və beynəlxalq hüquqa uyğun qiymət verməli, müəyyən qədər iradə göstərib, erməniləri işğalçılıq siyasətindən əl çəkməyə sövq etməli idilər. BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Azərbaycanın torpaqları neçə illərdir, işğal altındadır. Baxın, Liviyada diktatora qarşı BMT-nin çıxardığı 1 qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı 4 qətnaməsi ortada ola-ola, icrasına heç bir ciddi səy göstərilməyib. O cümlədən həmsədr ölkələr hansısa ciddi cəhd göstərməyib, erməniləri işğal altında olan torpaqlardan çıxmağa məcbur etməyib. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində həlak olanların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların sayı yenə də oradakından dəfələrlə çox - 1 milyondan artıqdır. Ermənilərin Xocalıda, Malıbəylidə, Daşaltıda və başqa yerlərdə törətdikləri qəddarlıqlar Qəddafinin törətdiyi qanlı hadisələrdən dəfələrlə faciəli və qanlıdır. Bütün bunlara qarşı belə biganə münasibət dünya siyasətinin, o cümlədən həmsədrlər ölkələrin ikili yanaşmasının, ikili siyasətinin nəticəsidir. Ona görə də ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hazırladığı hesabatın da tam prinsipial və obyektiv olacağına bəri başdan şübhəm var.

- Müxalifət partiyaları və təşkilatlarının yaratdığı İctimai Palata aprelin 2-də mitinq keçirməyi planlaşdırır. Ərəb ölkələrində baş verən hadisələr fonunda 2 aprel gününü üsyanın başlanğıc günü kimi qələmə verənlər də var...

- Ərəb ölkələrində baş verən hadisələrlə Azərbaycandakı mövcud vəziyyət arasında analogiya axtarmaq qətiyyən doğru deyil. Əlbəttə, Azərbaycanda bəzi qüvvələr, partiyalar, insanlar var ki, ölkədə vəziyyətin qarışmasını, gərginləşməsini, iqtidar-müxalifət qarşıdurmasının olmasını, buraya kənar qüvvələrin müdaxilə etməsini, Azərbaycanın bu gün yürütdüyü siyasətin pozulmasını və s. arzu edirlər. Ancaq bunun üçün ictimai əsas, ictimai dayaq yoxdur. Ona görə də mən bu analogiyanı qüsurla hesab edirəm. O ki qaldı müxalifətin mitinq cəhdlərinə, biz onların qanun çərçivəsində etdikləri bütün cəhdlərə normal reaksiya veririk. Onların mitinq keçirmə arzusunu da anlayırıq və deyirik ki, bu, onların hüququdur, keçirə bilərlər. Lakin mitinq qanuna müvafiq, münasib yerlərdə təşkil oluna bilər. Belə yerlər də Azərbaycan hakimiyyəti tərəfindən ayrılıb, bundan sonra da ayrılacaq.

- Martın 25-də işdən evə gedərkən naməlum şəxslər tərəfindən döyülmüş "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzi bunun jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir. Buna münasibətiniz necədir?

- Bu məsələ ilə bağlı hazırda Daxili İşlər Nazirliyi araşdırma aparır. Məlum olduğu kimi, martın 28-də bununla bağlı Mətbuat Şurası ilə birlikdə xüsusi qrup yaradılıb, araşdırma gedir. Əgər belə hadisə olubsa və bu, məhz həmin şəxsin jurnalistlik fəaliyyətinə görə törədilibsə, mütləq şəkildə günahkar tapılacaq və cəzasını alacaq. Amma təəssüflər olsun ki, son zamanlar Azərbaycanda belə imitasiyalara, təsdiqini tapmayan hallara da rast gəlinib. Məlum olduğu kimi, Azərbaycanda son zamanlar bəzi müxalifət dairələri istənilən hadisədən maksimum şəkildə istifadə edərək, Azərbaycan hakimiyyəti əleyhinə bu və ya digər kampaniyalar aparır. Mətbuatla, jurnalistika ilə bağlı məsələlər də həddən artıq şişirdilərək bu şəkildə qələmə verilir. Dediyim kimi, son məsələ ilə bağlı araşdırma aparılır, nəticə bəlli olandan sonra münasibət açıqlayarıq. Azərbaycan hakimiyyətinin mövqeyini bir daha çatdırmaq istəyirəm ki, Azərbaycan hakimiyyəti azad mətbuatın qarantıdır, mətbuat, söz azadlığı, siyasi plüralizm Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas mahiyyətini təşkil edir. Azərbaycan prezidenti İlham Əliyev bütün prezidentliyi dövründə də bunu sübut edib ki, Azərbaycanda azad medianın, kütləvi informasiya vasitələrinin inkişafında maraqlıdır. Bunun üçün də dövlət tərəfindən bütün lazımi dəstək göstərilir.

- Ölkədə aparılan antikorrupsiya tədbirləri ilə bağlı vəziyyət hazırda nə yerdədir?

- Azərbaycanda antikorrupsiya tədbirləri kifayət qədər səmərəli aparılır və bunun faktiki nəticələri mövcuddur, bu nəticələr göz önündədir. Bütün sahələrdə yaxşılaşma müşahidə olunur. Bu tədbirlər o vaxta qədər davam etdiriləcək ki, millətimizə, dövlətimizə, bizim bugünkü siyasətimizə yad olan bütün neqativ hallar aradan qaldırılsın. Əminik ki, bu problemin həlli istiqamətində mühüm nəticələrə nail olacağıq.

- Azərbaycan prezidenti Novruz şənliklərində iştirak etmək üçün İrana dəvət olunmuşdu. Bu səfərin gerçəkləşməməsi nə ilə əlaqədardır?

- İran tərəfi Novruz şənliklərini qeyd etmək üçün cənab prezidenti İrana dəvət etmişdi. Ancaq məlum olduğu kimi, Azərbaycanın özündə də Novruz şənlikləri keçirilirdi və cənab prezidentin vaxt qrafiki həddən artıq gərgin idi. Ona görə də İrana səfər etməsi mümkün olmadı. Ümumiyyətlə, Azərbaycan prezidentinin İrana belə bir səfəri nəzərdə tutulmamışdı.



Yerləşdirilib:30 Mart, 2011  20:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com